Azərbaycan bu il Gürcüstan iqtisadiyyatına 283 mln. dollar yatırıb

Azərbaycan bu il Gürcüstan iqtisadiyyatına 283 mln. dollar yatırıb Lider investor ölkələrin sırasına həmçinin Böyük Britaniya və Çexiya daxil olub
Biznes
8 Sentyabr , 2016 17:47
Azərbaycan bu il Gürcüstan iqtisadiyyatına 283 mln. dollar yatırıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu ilin II rübündə Azərbaycan Gürcüstan iqtisadiyyatına 146 mln. ABŞ dolları həcmində birbaşa xarici investisiya (FDI) yatırıb. “Report” xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Ofisi məlumat yayıb.

Qurumun məlumatına görə, bu, ötən rüb qonşu ölkənin iqtisadiyyatına yatırılan məcmu investisiyanın 33%-nə bərabərdir.

Statistika İdarəsinin məlumatına əsasən, Azərbaycandan sonra ilk üçlükdə 64 mln. dollarla (14%) Böyük Britaniya, 36 mln. dollarla (8%) Çexiya da qərarlaşıb.

Qeyd edək ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı birbaşa investisiyanın həcmi 2015-ci ilin aprel-iyun ayları ilə müqayisədə 15 mln. dollar yaxud 9,32% azalıb.

Ölkə iqtisadiyyatına yatırılan xarici sərmayənin (445 mln. dollar) əsas hissəsi (39,33% və ya 175 mln. dollar) nəqliyyat və rabitə sektoruna yönəldilib.

Qeyd edək ki, bu ilin I rübündə Azərbaycan Gürcüstana 137 mln. dollar yatırıb.

Son xəbərlər

Orphus sistemi