Azərbaycan bu il 360 kq gümüş idxal edib

Azərbaycan bu il 360 kq gümüş idxal edib Gümüş ixracı isə illik müqayisədə 5 dəfə azalıb
Biznes
7 Avqust , 2015 14:03
Azərbaycan bu il 360 kq gümüş idxal edib

Bakı. 7 avqust. REPORT.AZ/ Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana 227,2 min ABŞ dollar dəyərində 360 kq gümüş idxal olunub. Bildirək ki, 2013-cü və 2014-cü illərin müvafiq dövründə isə gümüş idxalı həyata keçirilməyib.

"Report"un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu müddətdə ölkədən 25 min dollar dəyərində 47,1 kq gümüş ixrac olunub ki, bu da gümüş ixracında dəyər ifadəsi ilə 5 dəfə azalma deməkdir. Belə ki, 2014-cü ilin birinci yarısında ölkədən 127,6 min dollar dəyərində 195,7 kq gümüş ixracı həyata keçirilib.

Qeyd edək ki, Azərbaycanda gümüş hasilatı illik 76,2% azalaraq cari ilin birinci yarısında 46,5 kq təşkil edib. 

Son xəbərlər

Orphus sistemi