​Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

​Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək Komissiyanın Böyük Britaniya tərəfindən həmsədri ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Moddur
Biznes
8 Fevral , 2016 19:00
​Azərbaycan - Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

Bakı. 8 fevral. REPORT.AZ/ Fevralın 10-11-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın ilk iclası keçiriləcək. Bu barədə "Report"a İqtisadiyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Komissiyanın iclasında iştirak etmək məqsədilə iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Böyük Britaniyaya səfər edəcək.

Qeyd edək ki, Komissiyanın Böyük Britaniya tərəfindən həmsədri ticarət və investisiyalar üzrə dövlət naziri Fransis Moddur.

Son xəbərlər

Orphus sistemi