Azərbaycan avtomobil idxalını kəskin azaldıb

Azərbaycan avtomobil idxalını kəskin azaldıb Bu ilin yanvar-mart aylarında minik avtomobillərinin idxalı 7,5 dəfə azalıb
Biznes
18 Aprel , 2016 10:48
Azərbaycan avtomobil idxalını kəskin azaldıb

Bakı. 18 aprel. REPORT.AZ/ Cari ilin yanvar-mart aylarında Azərbaycana 1 362 ədəd avtomobil idxal olunub. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 673 ədəd yaxud 7,4 dəfə azalma deməkdir. Belə ki, ötən ilin yanvar-mart aylarında bu göstərici 10 035 ədəd təşkil edib.

Avtomobil idxalının 1 235 ədədi və ya 90,7%-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 7,5 dəfə azalıb.

Bundan başqa, hesabat dövründə ölkəyə 97 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə azdır.

Həmçinin, sürücü də daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 203 ədəddən 10,7 dəfə azalaraq 19 ədədə düşüb, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 6,9 dəfə azalaraq 76-dən 11-ə düşüb.

Son xəbərlər

Orphus sistemi