​Azərbaycan avtomobil idxalını kəskin azaldıb

​Azərbaycan avtomobil idxalını kəskin azaldıb Bu ilin ilk yarısında minik avtomobillərinin idxalı 50% azalıb
Biznes
16 İyul , 2015 16:10
​Azərbaycan avtomobil idxalını kəskin azaldıb

Bakı. 16 iyul. REPORT.AZ/ Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycana 17 640 ədəd avtomobil idxal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 48,7% azdır.

"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, idxalın 89%-i və ya 15 745 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri olub. Bu avtomobillərin idxalında illik 49,1% azalma müşahidə olunub.

Bu müddətdə yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 2,7 dəfə azalaraq 1 126 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı 24% azalaraq 179 ədəd, sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri 3,5 dəfə artaraq 590 ədəd olub.

Qeyd edək ki, ölkədə minik avtomobili istehsalı illik müqayisədə 75,4% azalaraq 2015-ci ilin altı ayında 325 ədəd, yük avtomobili istehsalı isə əksinə 13,6% artaraq 142 ədəd təşkil edib. 

Son xəbərlər

Orphus sistemi