​Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

​Azərbaycan-Avstriya biznes forumu keçiriləcək Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15 Avstriya şirkətinin iştirakı nəzərdə tutulur
Biznes
27 May , 2015 10:31
​Azərbaycan-Avstriya biznes forumu keçiriləcək

Bakı. 27 may. REPORT.AZ/ İyunun 3-də Bakıda Azərbaycan-Avstriya biznes forumu keçiriləcək. "Report" xəbər verir ki, forum Avstriya Respublikasının elm, tədqiqat və iqtisadiyyat nazirinin xarici iqtisadi siyasət və Avropa inteqrasiyası üzrə müavini Bernadette Qierlinqerin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində baş tutacaq.

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 15 Avstriya şirkətinin iştirakı nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi