Azərbaycan-Avropa İttifaqı Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin iclası keçirilib

Azərbaycan-Avropa İttifaqı Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin iclası keçirilib İclasda mövcud iqtisadi, eləcə də ticarət və investisiya əlaqələrinə dair fikir mübadiləsi aparılıb
Biznes
28 Sentyabr , 2016 17:00
Azərbaycan-Avropa İttifaqı Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin iclası keçirilib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bakıda Azərbaycan ilə Avropa İttifaqı Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər üzrə alt komitənin 14-cü iclası keçirilib.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyindən bildirilib. 

Məlumata görə, Azərbaycanın müvafiq dövlət qurumlarının və Avropa İttifaqının nümayəndələrinin iştirak etdiyi iclasda mövcud iqtisadi, eləcə də ticarət və investisiya əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan iqtisadiyyatı və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndərilməsi, eləcə də son zamanlar iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar barədə məlumat verilib, suallar cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi