​Azərbaycan aprel ayında Ukraynadan 622 ton şəkər idxal edib

​Azərbaycan aprel ayında Ukraynadan 622 ton şəkər idxal edib Ölkəmiz ötən ay Ukrayna şəkərinin əsas satış bazarı olub
Biznes
9 May , 2016 07:25
​Azərbaycan aprel ayında Ukraynadan 622 ton şəkər idxal edib

Bakı. 8 may. REPORT.AZ/ Cari ilin aprel ayında Ukrayna şəkərinin əsas satış bazarı Azərbaycan və Moldova olub.

"Report" xəbər verir ki, Azərbaycan ötən ay ərzində bu ölkədən 622 ton şəkər idxal edib.

Ukrayna göstərilən dövr ərzində ümumilikdə 961 ton şəkər məhsulu ixrac edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 31 dəfə (2015-ci ilin aprelində 29,7 min ton) azdır.

Son xəbərlər

Orphus sistemi