​Azərbaycan 2016-cı ilin 7 ayı ərzində Ukraynadan 25 mln. dollar məbləğində siqaret idxal edib

​Azərbaycan 2016-cı ilin 7 ayı ərzində Ukraynadan 25 mln. dollar məbləğində siqaret idxal edib Azərbaycan idxalçı ölkələr arasında üçüncü yeri tutub
Biznes
13 Avqust , 2016 22:03
​Azərbaycan 2016-cı ilin 7 ayı ərzində Ukraynadan 25 mln. dollar məbləğində siqaret idxal edib

Bakı. 13 avqust. REPORT.AZ/ Azərbaycan 2016-cı ilin yanvar-iyul ayları ərzində Ukraynadan 25 milyon dollar məbləğində siqaret idxal edib.

"Report" xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fiskal Xidmətinin məlumatında bildirilir.

Məlumata görə, bu məbləğ Ukraynanın göstərilən dövr ərzində siqaret, siqar və papiros ixracının ümumi həcminin 16,99%-ni təşkil edib. Azərbaycan idxalçı ölkələr arasında üçüncü yeri tutub.

Siyahının birinci pilləsində Yaponiya (31,9 mln. dollar./ 22,02%), ikinci pilləsində isə Gürcüstan (27,5 mln. dollar./18,92%) qərarlaşıb.

Ukrayna 2016-cı ilin yanvar-iyul ayları ərzində 145 mln. 279 min dollar həcmində tütün məmulatları ixrac edib.

Son xəbərlər

Orphus sistemi