Aydın Əliyev: "Subpodratçılarla bağlı bəzi problem qalmaqdadır"

Aydın Əliyev: "Subpodratçılarla bağlı bəzi problem qalmaqdadır" Dövlət Gömrük Komitəsinin sədri qurumla bağlı səsləndirilən iradlarla razılaşmır
Biznes
14 Mart , 2016 11:50
Aydın Əliyev: Subpodratçılarla bağlı bəzi problem qalmaqdadır

Bakı. 14 mart. REPORT.AZ/ "Əslində, mən indi öz iş yerimə qayıtmalıyam. Amma Arzu xanım ("Ersnt & Young Azerbaijan" şirkətinin nümayəndəsi - "Report") burada gömrük əməkdaşları haqqında elə bir bədheybət obrazı yaratdı ki, mən işə qayıtmağa qorxuram". "Report" xəbər verir ki, bunu "AmCham" bugünkü konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.

A.Əliyevin sözlərinə görə, subpodratçı şirkətlərlə bağlı problem qalmaqdadır: "Burada gömrük əməkdaşları ittiham edilir, onların bürokratik əngəllər yaratdığı deyilir. Amma əgər qanunvericilik işləməsə idi, büdcəyə vəsait toplanmazdı. Subpodratçılarla bağlı bəzi problem qalmaqdadır. Amma mən sizə deyim ki, DGK hər zaman dialoqa hazırdır".

Komitə sədri, həmçinin hava limanındakı "qırmızı dəhliz"lə bağlı səsləndirilən ittihama da aydınlıq gətirib: "Sizə bir statistik rəqəm deyim. Son 15 ay ərzində 1,5 mln. mobil telefon rəsmiləşdirilib. Halbuki onun 13 mini rəsmən idxal edilib. Yaxud son bir ildə ölkəyə siqaret idxalı 6 dəfə azalıb. Mən düşünmürəm ki, siqaret çəkənlərin sayı azalıb. Məhz bəzi işbazlar şəxsi istifadə adı ilə həmin malları "yaşıl dəhliz" vasitəsi ilə keçirməyə cəhd edirlər. Ona görə də gömrük əməkdaşları belə addımlar atmağa məcbur olur".

Qeyd edək ki, "E&Y Azerbaijan"ın nümayəndəsi Arzu Hacıyeva çıxışında deyib ki, DGK əməkdaşları gömrük rəsmiləşdirilməsi zamanı bürokratik əngəllər yaradırlar.

Son xəbərlər

Orphus sistemi