AXA və "Alibaba" tərəfdaş olacaq

AXA və "Alibaba" tərəfdaş olacaq Tərəfdaşlıqdan hər iki şirkət fayda götürəcək
Biznes
3 Avqust , 2016 17:03
AXA və Alibaba tərəfdaş olacaq

Bakı. 3 avqust. REPORT.AZ/ Sığorta və aktivlərin idarə edilməsi üzrə dünya lideri olan Fransanın AXA qrupu Çinin elektron ticarət nəhəngi - "Alibaba" qrupu, eləcə də onun törəməsi olan "Ant Financial Services" şirkəti ("Alibaba"nın ödənişlərinə nəzarət edir, "Alipay" kimi tanınır) ilə tərəfdaşlıq edəcək.

"Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, tərəfdaşlığın məqsədi birgə innovativ məhsulların hazırlanması, yeni bazarların və seqmentlərin öyrənilməsidir. Qlobal biznesin tələbləri, əmtəə və xidmətlərin müştərilərə daha əlçatan edilməsi istəyi iki nəhəng şirkətin bir araya gəlməsinə səbəb olub.

"Çin şirkəti ilə tərəfdaşlıq unikal, qlobal və birbaşa yayım kanalı deməkdir. Biz "Alibaba"nın müştərilərinə xidmət göstərmək, onlara innomativ sığorta məhsulları və xidmətləri təklif etmək üçün səbirsizliklə gözləyirik. Bu həm də "AXA"ya bir nörməli beynəlxalq sığortaçı kimi Çin bazarında inkişaf etmək imkanı verəcək", - deyə AXA qrupunun baş direktor müavini Tomas Baberl bildirib.

"Bu tərəfdaşlıq həm də "Alibaba" üçün öz fəaliyyətini yeni bazarlara doğru genişləndirmək, məhsul və xidmətlərini transformasiya etmək imkanı yaradır. Elektron ticarət bazarı sürətlə böyüyür. Buna görə də, bizim üçün xidmət və təkliflərimizi biznesin və istehlakçıların tələbinə uyğun inkişaf etdirmək çox vacibdir. AXA ilə əməkdaşlıq "Alibaba"ya yeni qərarlar qəbul etmək və yekunda müştərilərə göstərilən xidmətin keyfiyyətini yaxşılaşdırmaq şansı verəcək", - deyə "Alibaba" qrupunun prezident Maykl Evans deyib.

Son xəbərlər

Orphus sistemi