​Astarada istehlakçı hüquqlarına həsr edilən konfrans keçirilib

​Astarada istehlakçı hüquqlarına həsr edilən konfrans keçirilib Konfransda rayonda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələri və istehlakçılar iştirak ediblər
Biznes
4 Mart , 2016 20:51
​Astarada istehlakçı hüquqlarına həsr edilən konfrans keçirilib

Bakı. 4 mart. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmə aparmaq məqsədilə martın 4-də Astara rayonunda aidiyyəti dövlət qurumlarının regional bölmələrinin, rayonda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrinin və istehlakçıların iştirakı ilə konfrans keçirilib.

“Report” İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir ki, “Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə çıxış edən Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışıb. O tədbir iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik, istehlakçıların bilməli olduğu aktual məsələlər barədə məlumat verib, Dövlət Xidməti tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Konfransda Dövlət Xidmətinin əməkdaşları istehlakçı hüquqlarının müxtəlif aspektləri ilə bağlı məruzələrlə çıxış edib. Bununla belə, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər, istehlakçıların ərzaq malları alarkən diqqət yetirməli olduğu məsələlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə ətraflı məlumat verilib, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi