​ASK Ağcabədidə fermerlərə təlim keçib

​ASK Ağcabədidə fermerlərə təlim keçib Sonda isə iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb
Biznes
22 İyun , 2015 19:33
​ASK Ağcabədidə fermerlərə təlim keçib

Bakı. 22 iyun. REPORT.AZ/ Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Ağcabədi rayonunda fermerlər üçün “Fermer təsərrüfatlarında maliyyə mənbələrinə çıxış və sığortanın təşkili” mövzusunda təlim keçirilib. Bu barədə "Report"a ASK-nın mətbuat xidmətindən məlumat verilib.

ASK nümayəndələrinin və 50-dən çox fermeri iştirak etdiyi təlimdə maliyyə savadlılığı, biznes planın təşkili, kənd təsərrüfatında sığortalanmanın faydalılığı və digər mövzularda sahibkarlara məlumat verilib.

Tədbirdə çıxış edən ASK-nın Ağcabədi rayonu üzrə nümayəndəsi Şirin Şirinov və ASK-nın Baş hüquqşünası Xəqan Hümmətzadə təmsil etdikləri qurumun bir çox layihələr reallaşdırdığını qeyd ediblər.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və cari il ərzində bir neçə bu istiqamətdə tədbirlərin keçirilməsi nəzərdə tutulan layihənin əsas məqsədi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarları maliyyə, sığorta, İKT, qida təhlükəsizliyində keyfiyyət standartları və kooperativlər və s. sahələrdə təlimlərə cəlb etməklə onların arasında maarifləndirmə işlərini gücləndirməkdir.

Layihədə 4 əsas komponent üzrə ayrı-ayrılıqda mövcud durum araşdırılıb və hazırkı vəziyyət nəzərə alınaraq sahələr üzrə müvafiq məqsəd və vəzifələr müəyyən edilib.

Tədbirdə çıxış edən Azərbaycan Mikro-Maliyyə Assosiasiyasının (AMFA) idarə heyətinin sədri, ekspert Süleyman Kələşov fermerlərin mövcud maliyyə mənbələri və onlara çıxışın prosedur məsələləri barədə məlumatlandırılması, fermerlərin maliyyə savadlılığının artırılması, biznes planın hazırlanması, onun icrası, pul vəsaitlərindən düzgün istifadənin təşkili barədə fermerlərin maarifləndirilməsi, bu sahədə uğurlu təcrübənin təşviqi, sahibkarların mövzu ilə əlaqədar fikirlərinin, təklif və tövsiyələrinin öyrənilməsi ilə bağlı çıxış edib.

Sonda isə iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.

Son xəbərlər

Orphus sistemi