Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda "Beynəlxalq Arbitraj Azərbaycana xarici investisiyaların təşviqi vasitəsi kimi" adlı tədbir keçirilib. "Report" xəbər verir ki, tədbirin əsas təşkilatçıları Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) və Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsidir.
Tədbiri giriş sözü ilə Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi İdarə Heyətinin sədri Gündüz Kərimov açıb. G.Kərimov deyib ki, "AmCham" üzvləri bir sıra mübahisələrdə Arbitraj Məhkəməsinin imkanlarından istifadə edəcəklər.
Daha sonra "AmCham" və Azərbaycan Beynəlxalq Arbitraj Məhkəməsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Sənədi "AmCham"ın icraçı direktoru Natəvan Məmmədova və G.Kərimov imzalayıblar.