Aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları qüvvəyə minib

Aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları qüvvəyə minib Spirtli içkilərin dəyərinin nağd qaydada ödənilməsinə yol verilməyəcək
Biznes
1 Yanvar , 2016 08:00
Aksiz markası ilə markalanmalı olan malların ölkə ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları qüvvəyə minib

Spirtli içkilərin dəyərinin nağd qaydada ödənilməsinə yol verilməyəcək

Bakı. 1 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyevin təsdiq etdiyi “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları” bu gündən qüvvəyə minib.

"Report"un xəbərinə görə, bu qaydalar aksiz markaları ilə markalanmalı olan malların Azərbaycan ərazisində dövriyyəsi üçün zəruri şərtləri və tələbləri müəyyən edir.

İçməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər, tütün məmulatları aksiz markaları ilə markalanmalı olan mallardır

Markalanmalı malların istehsal binasının hüdudlarından kənara çıxarılması, idxalı və ya təqdim edilməsinə həmin malların istehsalı, idxalı və ya satışı bunun üçün lisenziyası olan vergi ödəyiciləri tərəfindən həyata keçirildikdə, malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda (istehsalçılar tərəfindən həmin malların təqdim edilməsi halları istisna olmaqla), həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə (istehsalçılar tərəfindən həmçinin elektron vergi hesab-fakturası ilə) yol verilir.

Markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilmir.

Markalanmalı malları istehsal edən, idxal edən, satan və alan (fərdi istehlakının ödənilməsi məqsədi ilə alan fiziki şəxslər istisna olmaqla) şəxslər həmin malların əldə edilməsini təsdiq edən müvafiq sənədləri bu sahədə nəzarəti həyata keçirən Vergilər Nazirliyinin əməkdaşlarına onların tələbi ilə təqdim etməlidirlər. 

Son xəbərlər

Orphus sistemi