​Ağsuda istehlakçılar üçün maarifləndirici konfrans keçirilib

​Ağsuda istehlakçılar üçün maarifləndirici konfrans keçirilib Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb
Biznes
19 Fevral , 2016 19:08
​Ağsuda istehlakçılar üçün maarifləndirici konfrans keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Bu gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkilatçılığı ilə istehlakçıların maarifləndirilməsi tədbirləri çərçivəsində Ağsu rayonunda aidiyyəti dövlət qurumlarının regional bölmələrinin, rayonda fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrinin və istehlakçıların iştirakı ilə konfrans keçirilib. Bu barədə "Report"a İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Hər bir istehlakçı öz hüquqlarını bilməli və tələb etməlidir” mövzusunda keçirilən tədbirdə çıxış edən dövlət xidmətinin rəis müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə və təbliğat-təşviqat işlərinin xüsusi əhəmiyyətindən danışıb, dövlət xidməti tərəfindən həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Bildirilib ki, ötən il dövlət xidməti tərəfindən aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, sahibkarların iştirakı ilə Bakıda və regionlarda 30-a yaxın konfrans, "dəyirmi masa" və seminar keçirilib.

İstehlakçıların maarifləndirilməsi məqsədilə 18 adda 85 mindən artıq buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 6 minə yaxın yaddaş kitabçası hazırlanaraq paylanıb. Bu işlər hazırda da davam etdirilir.

Araz Əliyev həmçinin xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər, ictimai-iaşə və xidmət müəssisələrinin vəzifələri barədə də məlumat verib.

Konfransda dövlət xidmətinin əməkdaşları istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıblar.

Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

Son xəbərlər

Orphus sistemi