Ağdamda məcburi köçkünlərdən investisiya layihələrinin qəbuluna başlanılıb

Ağdamda məcburi köçkünlərdən investisiya layihələrinin qəbuluna başlanılıb Bu gündən məcburi köçkünlər investisiya layihələri ilə müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-ə müraciət edə bilərlər
Biznes
18 Avqust , 2015 12:47
Ağdamda məcburi köçkünlərdən investisiya layihələrinin qəbuluna başlanılıb

Bakı. 18 avqust. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyinin (İSN) Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlərlə prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məcburi köçkünlərin südlük istiqamətli heyvandarlıq təsərrüfatlarının, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı, meyvə və süd emalı müəssisələrinin yaradılması ilə bağlı layihələrinə üstünlük veriləcək

Bu gündən etibarən məcburi köçkünlər investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Qeyd edək ki, SKMF avqustun 13-də Ağdam rayonunun Quzanlı qəsəbəsində məcburi köçkünlərlə sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Son xəbərlər

Orphus sistemi