"ABC-Telecom"a qarşı iş qaldırılıb

"ABC-Telecom"a qarşı iş qaldırılıb Şirkət məişət avadanlıqları və mobil telefonların qiymətini əsassız artırıb
Biznes
5 Mart , 2015 17:03
ABC-Telecoma qarşı iş qaldırılıb

Bakı. 5 mart. REPORT.AZ/ Son günlərdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə “ABC-Telecom” MMC tərəfindən məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə çoxsaylı vətəndaş müraciətləri daxil olub.

“Report” nazirliyin məlumatına əsasən, bununla əlaqədar Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “ABC-Telecom” MMC tərəfindən satılan məişət avadanlıqlarının və mobil telefonların qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu aşkar edilib.

Bu səbəbdən “ABC-Telecom” barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Son xəbərlər

Orphus sistemi