Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb

Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 84 mənşə sertifikatı verib.
Biznes
18 Aprel , 2024 11:50
Naxçıvanda iş adamlarına verilən mənşə sertifikatlarının sayı 36 % artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə 84 mənşə sertifikatı verib.

Nazirlikdən "Report"un yerli bürosuna verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 % çoxdur.

Hesabat dövründə verilən mənşə sertifikatların 54,8 %-ni "CT-1", 45,2 %-ni isə “Ümumi” formalı mənşə sertifikatları təşkil edib.

Son xəbərlər

Orphus sistemi