Müştərilər BRAVO-nun qonağı oldu! – İLK DƏFƏ!

Müştərilər BRAVO-nun qonağı oldu! – İLK DƏFƏ! Yarandığı gündən daima müştərilərinə həvəslə xidmət edib, onların sevərək alış-veriş etdiyi etibarlı brend olmağı hədəfləyən BRAVO bu dəfə tam fərqli yeniliklə gəldi.
Biznes
17 Aprel , 2024 18:30
Müştərilər BRAVO-nun qonağı oldu! – İLK DƏFƏ!

Yarandığı gündən daima müştərilərinə həvəslə xidmət edib, onların sevərək alış-veriş etdiyi etibarlı brend olmağı hədəfləyən BRAVO bu dəfə tam fərqli yeniliklə gəldi.

Bu il 8 yaşını qeyd edən BRAVO növbəti illərin strategiyasını, hədəflərini, məhsul seçimini təyin etmək üçün müştərilərinə daha yaxın olmağı üstün tutdu. Müştəri məmnuniyyəti, razılığı BRAVO-nun əsas hədəflərindəndir. Alıcıları üçün xidmət səviyyəsini daha da mükəmməlləşdirib, onların məmnunuyyətini artırmaq məqsədilə BRAVO onları baş ofisinə dəvət etdi! Müştərilər marketlər şəbəkəsi haqqında fikirlərini, təklif və tövsiyələrini birbaşa BRAVO İdarə Heyəti ilə bölüşdü.

Müştəri xidməti, bazar tendensiyaları, məhsul çeşidi, promo kampaniyalar kimi mövzuların müzakirə olunduğu görüş maraqlı və səmimi anlarla yadda qaldı.

Görüş zamanı BRAVO-da məhsul seçimi, keyfiyyət standartları, korporativ dəyərlər haqqında məlumatlar İdarə Heyəti tərəfindən müştərilərə ətraflı izah olundu, onları maraqlandıran bütün suallara cavab verildi.

Görüşün sonunda BRAVO-da eksklüziv olaraq təqdim olunan “Carrefour” brendinə məxsus qida və qeyri-qida məhsulları dəyərləndirilmək üçün müştərilərə hədiyyə olundu.

Bu il 8 yaşını qeyd edən BRAVO marketlər şəbəkəsi “Sonsuz sevgi və məmnuniyyət” prinsipi ilə müştərilərinə daima DOĞRU SEÇİM imkanlarını təklif etməyi hədəfləyib.

BRAVO baş ofisində “Qonağımız olun” layihəsi mütəmadi olaraq keçiriləcək. Görüşdə iştirak etmək istəyən hər kəs sosial şəbəkə hesablarından ətraflı məlumat əldə edə və yaxud *2266 qaynar xəttinə zəng vura bilər.

Son xəbərlər

Orphus sistemi