Malayziya-Azərbaycan Biznes Şurası yaradıla bilər

Malayziya-Azərbaycan Biznes Şurası yaradıla bilər Malayziya-Azərbaycan Biznes Şurası yaradılması müzakirə olunur.
Biznes
15 May , 2024 16:35
Malayziya-Azərbaycan Biznes Şurası yaradıla bilər

Malayziya-Azərbaycan Biznes Şurası yaradılması müzakirə olunur.

Bunu “Report”a müsahibəsində Malayziyanın Azərbaycandakı səfiri Ahmad Kamrizamil Mohd Riza deyib.

Diplomat bildirib ki, ölkələr arasında Birgə Hökumətlərarası İqtisadi Komissiyanın təsis edilməsindən əvvəl onun kiçik formatı olan Biznes Şurasının yaradılmasına ehtiyac var və bu yolda ilkin təkliflər təqdim olunub:

“Biz hazırkı ikitərəfli iqtisadi əməkdaşlığın təkmilləşdirilməsi üçün Birgə Hökumətlərarası İqtisadi Komissiyanın yaradılması təklifini məmnunluqla qarşılayır və səbirsizliklə gözləyirik. Bunun izi ilə mən Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşmüşəm və hələ ki Biznes Şurası formatında Birgə Hökumətlərarası Komissiyanın daha kiçik formasının yaradılmasını təklif etmişəm. Bu Şuranın yaradılması Hökumətlərarası Birgə Komissiyanın yaradılması yolunda ilk addım olar. Elnur Məmmədov təkliflə bağlı nikbinliyini ifadə edib”.

Səfir qeyd edib ki, bu Biznes Şurası çərçivəsində milli palatalar, ticarətlə bağlı qurumlar və özəl sektorlar hər iki ölkənin iqtisadi maraqlarını təşviq etmək üçün birlikdə çalışacaqlar:

“Biz icra mexanizmini müzakirə etmək üçün azərbaycanlı həmkarlarımız və Malayziyanın müvafiq qurumları, o cümlədən milli ticarət palatamız ilə sıx əməkdaşlıq edirik. Reallaşdıqdan sonra biz ikitərəfli iqtisadi imkanları nəzərdən keçirib müzakirə etmək, kənd təsərrüfatı və qida sənayesi, rabitə, yaşıl enerji və informasiya texnologiyaları kimi müxtəlif sahələrdə əlaqələri genişləndirmək üçün işçi qrupunun yaradılmasını nəzərdə tuturuq”.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi