Dövlət Taxıl Fondu üçün idxal olunan məhsullar gömrük rüsumundan azad edilib

Dövlət Taxıl Fondu üçün idxal olunan məhsullar gömrük rüsumundan azad edilib Nazirlər Kabineti “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.
Biznes
31 Yanvar , 2022 16:49
Dövlət Taxıl Fondu üçün idxal olunan məhsullar gömrük rüsumundan azad edilib
0 : 00
0 : 00

Nazirlər Kabineti “İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.

“Report” xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, “Gömrük tarifi haqqında” qanunun 19.2-ci maddəsinə uyğun olaraq Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədilə idxal olunan taxıl və taxıl emalı məhsullar idxal gömrük rüsumundan azad edilib.

Son xəbərlər

Orphus sistemi