Azərbaycanda siqaretlərdən biri 50 faizdən çox ucuzlaşdırılıb

Azərbaycanda siqaretlərdən biri 50 faizdən çox ucuzlaşdırılıb “Imperial Tobacco” şirkəti qiymətlərini optimallaşdırmaqda davam edir
Biznes
11 Mart , 2016 17:30
Azərbaycanda siqaretlərdən biri 50 faizdən çox ucuzlaşdırılıb

Bakı. 11 mart. REPORT.AZ/ Azərbaycanın tütün bazarında siqaretlərin qiymətlərində ucuzlaşma davam edir.

"Report"un xəbərinə görə, Böyük Britaniyanın Azərbaycanda fəaliyyət göstərən "Imperial Tobacco" şirkəti daha bir tütün məmulatının qiymətini azaldıb. Belə ki, pərakəndə satış qiyməti 2,70 AZN olan "West" siqareti artıq 1,30 AZN-ə satılır.

Məsələ ilə bağlı "Imperial Tobacco"dan "Report"a bildirilib ki, qiymətin azaldılması yalnız "West" brendinə şamil edilib.

Xatırladaq ki, Britaniya şirkəti martın əvvəlindən əksər məhsulları yeni qiymətlərlə satışa çıxarıb:

"Prima Deluxe" – 1,40 AZN

"ClassicKingSize" – 1,60 AZN

"Imperial ClassicSlims və Imperial ClassicCompact" – 1, 80 AZN

"WestCompact" – 2 AZN

"P&S" – 2 AZN

"Davidoff" – 3 AZN.

Son xəbərlər

Orphus sistemi