Azərbaycanda ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı!

Azərbaycanda ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı! Mayın 13-də təşkil olunan Təchizat Zənciri Liderləri Zirvəsi “Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı ilə uğurla yekunlaşıb. Tədbirdə 40 dövlət, 185 özəl şirkət olmaqla 600 nəfərdən çox iştirakçı, rəsmilər, istehsalçı, distribyutor, topdansatı
Biznes
16 May , 2024 11:42
Azərbaycanda ilk dəfə keçirilən Təchizat Zənciri Liderləri Zirvəsi uğurla yekunlaşdı!

Mayın 13-də təşkil olunan Təchizat Zənciri Liderləri Zirvəsi “Facemark” və “Admedia” şirkətlərinin təşkilatçılığı ilə uğurla yekunlaşıb. Tədbirdə 40 dövlət, 185 özəl şirkət olmaqla 600 nəfərdən çox iştirakçı, rəsmilər, istehsalçı, distribyutor, topdansatış, pərakəndə satıcı və istehlakçılar iştirak edib.

“Yeni Dəyər Zənciri” devizi ilə “Gülüstan” sarayında keçirilən tədbir “Konsis Group” şirkətinin təşkilati dəstəyi, “Azərsun Holdinq”in Baş Sponsorluğu, “Roof Academic Training”in Platinum Sponsorluğu, “Araz Supermarketlər şəbəkəsi”nin Gold Sponsorluğu, “Qardaşlar Mebel”, “Bank of Baku”, “Leqo Group”, “Başkent” restoranlar şəbəkəsinin və “İnnab” platformasının sponsorluğu ilə baş tutub.

Tədbir Azərbaycanın Dövlət Himni və ərazi bütövlüyümüz uğrunda canından keçən Vətən övladlarının xatirəsinin yad edilməsi ilə başlayıb. Daha sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun açılış nitqi ilə davam edib.

3 moderator və 15 spiker “Yeni Dəyər Zənciri” konsepti ilə "Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq", "Təchizat Zəncirinin Strateji İdarəedilməsi", "Təchizat Zənciri: Gələcəyin Dizaynı" panelləri üzrə təchizatda risklərin idarə olunması, təchizat zəncirinin strateji dayaqları, logistika, rəqəmsal transformasiya və süni intellektin tətbiqi və sahəyə dair digər mövzular haqqında müzakirələr ediblər.

"Veysəloğlu" Şirkətlər Qrupunun Mərkəzi Təchizat Direktoru Fərid Qurbanovun moderator olduğu “Dövlət Satınalmaları: Rəqabətdə Şəffaflıq” panelində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov, Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin sektor müdiri Elvin Mədətov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Texniki təminat şöbəsinin müdiri Nəsib Orucov, MİDA-nın direktor müşaviri Zahid Əliyev, Daxili İşlər Nazirliyinin Maddi-texniki təminat Baş İdarəsinin şöbə rəisi Rahid Ələkbərov sahə üzrə mövcud problemlər və onların həll yollarından danışıb, iştirakçıların suallarını cavablandırıblar.

"Huner Group"un təsisçi və Baş direktoru Ehtiram Quliyevin moderator olduğu "Təchizat Zəncirinin Strateji İdarəedilməsi" panelində "Azərsun Holdinq"in İdarə Heyətinin üzvü Savaş Uzan, "Veysəloğlu" Şirkətlər Qrupunun təsisçi və baş direktoru Aydın Talıbov, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitəsinin üzvü, İqtisadi və Sosial İnkişaf mərkəzinin İdarə Heyətinin sədri Vüqar Bayramov və "Demirören Holding Groups"un CEO-su Yusuf Kandemir öz təcrübələrini bölüşüblər.

Böyük Britaniyanın "The Chartered Institute of Procurement & Supply" (CIPS) və "The Chartered Institute of Logistics and Transport" (CILT) institutlarının Azərbaycandakı rəsmi nümayəndəsi, proqram rəhbəri və eksperti, "Pro Log" şirkətinin rəhbəri, layihə konsultantı Sahilə Həmidovanın moderator olduğu "Təchizat Zənciri: Gələcəyin Dizaynı" panelində Satınalma üzrə Qrup rəhbəri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Natiq Qaraxanov, "Baku City Residences"in layihə üzrə baş icraçı direktoru Vüqar Abbasov, BP-nin logistika və təzchizat zənciri üzrə texniki mühəndisi və Azərbaycan Dövlət Gömrük Komitəsi Akademiyasının təchizat zənciri və logistika fənni üzrə ekspert-müəllim Anar Ağayev, SOCAR-ın Əməliyyat Satınalması və Təchizat Departamentinin rəis müavini Elçin Musayev və "LV Logistics Limited"in regional directoru Fuad Məmmədovun spikerliyi ilə baş tutub.

Tədbirin sonunda iştirakçılar sertifikatla, həmçinin dəyərli hədiyyələrlə təmin olunublar.

Facebook: https://www.facebook.com/profile.php?id=61556576487637

Instagram: https://www.instagram.com/sclforum/

Linkedln: https://www.linkedin.com/company/t%C9%99chizat-z%C9%99nciri-liderl%C9%99ri-forumu/?viewAsMember=true

Son xəbərlər

Orphus sistemi