Bakı. 9 sentyabr. REPORT.AZ/ Vergilər Nazirliyi vergi borcuna görə daha 29 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb. "Report" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 8-i fiziki şəxslər, 21-i isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.
Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 756-dan 785-ə (müvafiq olaraq 333 və 452 nəfər olmaqla) yüksəlib.