Bakı. 9 fevral. REPORT.AZ/ ABŞ-la biznes fəaliyyətində maraqlı olan Azərbaycan iş adamları üçün ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) tərəfindən mütəmadi olaraq müxtəlif mövzularda videokonfranslar təşkil edilir.
“Report” Azpromo-ya istinadən məlumat verir ki, videokonfransların mövzuları, vaxtı, məruzəçiləri və s. barədə məlumatlar əvvəlcədən elan olunur. Azərbaycan iş adamları [email protected] ünvanı vasitəsilə qeydiyyatdan keçdikdən sonra video-konfransa onlayn rejimdə qoşulma imkanı əldə edirlər.
Videokonfranslar haqqında ətraflı məlumat əldə etmək istəyənlər Azpromo-ya müraciət etmək lazımdır.