Açar sözü: Xəzər dənizi
O bildirib ki, təkcə Xəzər dənizinin külək enerji potensialı 157 qiqavata bərabərdir və artıq bir neçə kontrakt imzalanıb. Belə bir əminlik ifadə edilib ki, gələcəkdə Azərbaycan Avropaya təkcə təbii qaz yox, yaşıl enerjini də ixrac edən ölkəyə çevriləcək.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” neft-qaz şirkəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ADNOC şirkətinə Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” qaz yatağının işlənməsi layihəsindəki paylarının 15 %-ni satıb.
BP Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yatağının illik iş proqramının bir hissəsi olaraq “Dərinsulu Günəşli” platformasında planlaşdırılmış profilaktik işlər proqramı həyata keçirilir.
Onların bəziləri Xəzər dənizi və külək enerjisi ilə bağlıdır. Biz Azərbaycanla əməkdaşlıq planları və imkanları barədə daha çox müzakirələr aparmaqda maraqlıyıq. Buraya təkcə Xəzər dənizində külək enerjisi deyil, ümumilikdə külək enerjisi, Günəş enerjisi məsələləri daxildir.
Azərbaycanda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində ən qədim və strateji əhəmiyyətə malik limandır. Şərq və Qərb arasındakı ticarət yolunun üzərində yerləşən dəniz limanı qlobal nəqliyyat və logistika mərkəzidir.
Hərbi Dəniz Qüvvələri (HDQ) və Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyət və vasitələrinin cəlb edilməsi ilə Xəzər dənizinin ərazi sularında keçirilən "Dalğa-2024" birgə taktiki təlimi müvəffəqiyyətlə başa çatıb. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
O həmçinin vurğulayıb ki, bu halda İranda Xəzər dənizi boyu 1 520 millimetrlik dəmir yolu relslərinin tikintisinə investisiya qoymaq lazım gələcək: “Bu, təkər bazalarını dəyişdirmədən dəmir yolu ilə hərəkət edən nəqliyyat vasitələrinin keçidini sürətləndirməyə imkan verəcək”.
Türkmənistan yaxın gələcəkdə Xəzər dənizinin şərqində yerləşən Qara-Boğaz-Gök körfəzinin mineral ehtiyatlarının mənimsənilməsi üçün zavod inşa etməyi planlaşdırır. “Report” xəbər verir ki, bu barədə “Türkmənhimiya” dövlət konserninin sədri Dövranqeldi Sapbayev məlumat verib.
Çünki Volqa çayı Xəzər dənizi üçün əsas su mənbəyidir və indi Volqa çayında su təbii ki, azdır. Beləliklə, Xəzər dənizinin geriyə çəkilməsi iqlim dəyişikliyi səbəbindən deyil, həm də Volqa çayının Xəzər dənizini lazımi qədər su ilə təmin etməməsindəndir.
Xəzər dənizinin Xaçmaz rayonu akvatoriyasından, Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.