Xetaq Qazyumov: Prezident İlham Əliyevin final görüşümü canlı izləməsi məni qürurlandırdı

Xetaq Qazyumov: Prezident İlham Əliyevin final görüşümü canlı izləməsi məni qürurlandırdı "Yeni uğurlara imza atmaq üçün aktiv məşgləri davam etdirəcəyəm"
Avropa Oyunları
17 İyun , 2015 23:19
Xetaq Qazyumov: Prezident İlham Əliyevin final görüşümü canlı izləməsi məni qürurlandırdı

Bakı. 17 iyun. REPORT.AZ/ "Mən çox şadam ki, "Bakı 2015" I Avropa Oyunlarında qalib gəldim". Xüsusi ilə sevindiricidir ki, qələbəyə prezident İlham Əliyevin gözü qarşısında nail oldum.

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın aktivinə 10-cü qızıl medalı qazandıran sərbəst güləşçimiz Xetaq Qazyumov deyib.

Avropa Oyunlarının sərbəst güləş yarışlarında Azərbaycanı 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov Heydər Əliyev adına İdman Sarayında keçirilən final qarşılaşmasında Gürcüstan təmsilçisi Elizbar Odikadzeyə qalib gəlib.

Qazyumov, Azərbaycan bayrağını dövlət başçısının və çoxsaylı izləyicilərin qarşında qaldırdığına görə sevindiyini də qeyd edib: "Yeni uğurlara imza atmaq üçün aktiv məşgləri davam etdirəcəyəm".

Son xəbərlər

Orphus sistemi