Türkiyə ilk Avropa Oyunlarına 92 idmançı göndərir

Türkiyə ilk Avropa Oyunlarına 92 idmançı göndərir Nazir: "Onlar 23 idman növündə mübarizə aparacaqlar"
Avropa Oyunları
3 İyun , 2015 15:04
Türkiyə ilk Avropa Oyunlarına 92 idmançı göndərir

Bakı. 3 iyun. REPORT.AZ/ Türkiyə I Avropa Oyunlarında 81 qadın, 11 kişi, ümumilikdə isə 192 nümayəndə ilə təmsil olunacaq.

"Report" "TRT Spor"a istinadən xəbər verir ki, bunu Türkiyənin gənclər və idman naziri Akif Çağatay Kılıc bildirib.

Onun sözlərinə görə, türk idmançılar 23 idman növündə mübarizə aparacaqlar. 

Nazir qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ilk Avropa Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcək: "Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə səfərdə olarkən Prezident Rəcəb Tayib Ərdoğanla bu haqda razılığa gəliblər".

Son xəbərlər

Orphus sistemi