Toğrul Əsgərov: Qələbəni ilk növbədə dövlətimə həsr edirəm

Toğrul Əsgərov: Qələbəni ilk növbədə dövlətimə həsr edirəm "İstəyim o idi ki, I Avropa Oyunlarında qızıl medal qazanım. Şükürlər olsun ki, arzuma çatdım"
Avropa Oyunları
17 İyun , 2015 22:08
Toğrul Əsgərov: Qələbəni ilk növbədə dövlətimə həsr edirəm

Bakı. 17 iyun. REPORT.AZ/ Qələbəni ilk növbədə dövlətimə həsr edirəm. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın aktivinə qızıl medal qazandıran sərbəst güləşçimiz Toğrul Əsgərov deyib.

Hər kəsə dərin minnətdarlığını bildirən 65 kiloqram çəki dərəcəsində qalib güləşçi, qeyd edib ki, Avropa Oyunlarına akltiv hazırlaşıb: "İstəyim o idi ki, I Avropa Oyunlarında qızıl medal qazanım. Şükürlər olsun ki, arzuma çatdım. Əsas odur ki, kim güclü idi - o da qalib oldu".

FOTO: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi