Təxminən 250 ukraynalı idmançı Bakıdakı I Avropa Oyunlarına lisenziya alıb

Təxminən 250 ukraynalı idmançı Bakıdakı I Avropa Oyunlarına lisenziya alıb Kiyevdə I Avropa Oyunlarına həsr olunan brifinq keçirilib
Avropa Oyunları
12 May , 2015 16:11
Təxminən 250 ukraynalı idmançı Bakıdakı I Avropa Oyunlarına lisenziya alıb

Bakı. 12 may. REPORT.AZ/ Ukraynanın paytaxtı Kiyev şəhərində I Avropa Oyunlarına həsr olunan brifinq keçirilib.

"Report" Azərbaycanın Ukraynadakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli brifinq iştirakçılarına Avropa Oyunları haqqında məlumat verib. 

Daha sonra çıxış edən Avropa Oyunlarında iştirak edəcək Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Sorokina bildirib ki, 247 ukraynalı idmançı oyunlara lisenziya əldə edib.

Öz növbəsində, Ukrayna Milli Olimpiya Komitəsinin vitse-prezidenti Valeri Borzov qeyd edib ki, Avropa Oyunları Azərbaycanda yüksək səviyyədə keçiriləcək. 

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-28-də keçiriləcək

Son xəbərlər

Orphus sistemi