Spiros Kapralos Rusiya və Azərbaycanı "Bakı 2015"də yüksək nəticələr göstərmələri münasibətilə təbrik edib

Spiros Kapralos Rusiya və Azərbaycanı "Bakı 2015"də yüksək nəticələr göstərmələri münasibətilə təbrik edib "Ev sahibliyi edən ölkə azarkeş dəstəyi baxımından həmişə üstünlüyə malik olur"
Avropa Oyunları
28 İyun , 2015 15:14
Spiros Kapralos Rusiya və Azərbaycanı Bakı 2015də yüksək nəticələr göstərmələri münasibətilə təbrik edib

Bakı. 28 iyun. REPORT.AZ/ "Düşünürəm ki, Rusiya idmançılarını göstərdikləri böyük nəticə ilə əlaqədar təbrik etmək olar". "Report"un məlumatına görə, bunu Avropa Olimpiya Komitələri (AOK) Əlaqələndirmə Komitəsinin sədri Spiros Kapralos deyib.

Yunanıstanlı funksioner bildirib ki, bu nəticə Rusiya idmanının inkişafını və komandada bir çox gənc idmançıların yetişdiyini göstərir.

S.Kapralosun fikrincə, Azərbaycan da medal baxımından gözəl nəticələr göstərib və qeyri-rəsmi komanda hesabında ikinci yeri tutduğuna görə təbrikə layiqdir. O, həmçinin əlavə edib ki, ev sahibliyi edən ölkə azarkeş dəstəyi baxımından həmişə üstünlüyə malik olur.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında Rusiya indiyədək 78 qızıl, 40 gümüş, 44 bürünc medalla birinci, Azərbaycan isə 21 qızıl, 15 gümüş, 20 bürünc medalla ikinci yeri təmin edib.

Son xəbərlər

Orphus sistemi