​Rusiyanın atıcılıq yığmasının üzvü: "Biz Azərbaycanın gözəl mətbəxini bəyəndik"

​Rusiyanın atıcılıq yığmasının üzvü: "Biz Azərbaycanın gözəl mətbəxini bəyəndik" "Bakıda yerli çay olduqca təqdirəlayiqdir"
Avropa Oyunları
17 İyun , 2015 00:42
​Rusiyanın atıcılıq yığmasının üzvü: Biz Azərbaycanın gözəl mətbəxini bəyəndik

Bakı. 17 İyun. REPORT.AZ/ Rusiyalı atletlərin əksəriyyəti "Bakı-2015" I Avropa Oyunlarının bütün idmançılarının qidalandığı adi yeməkxanaya və əlavə olaraq Azərbaycan mətbəxinə üstünlük verirlər.

"Report" xəbər verir ki, bu barədə TASS-a Rusiyanın atıcılıq üzrə yığma komandasının təmsilçisi, Dünya çempionatının gümüş mükafatçısı Nazar Luqinets bldirib.

"Azərbaycan mədəniyyəti ilə maraqlanmağa hələ ki, macal tapmamışıq, bütün vaxtımız hazırlıq və yarışlara gedir. Lakin əvəzində bu ölkənin gözəl mətbəxini bəyəndik. Biz əlavə mətbəxdə bundan zövq almaq imkanı əldə etdik. O elə Rusiya korpusunun qarşısında yerləşir və təkcə atıcılar yox, bizim uşaqların hamısı orada yemək yeməyə can atırlar. Təşkilatçılar sağ olsunlar - burada əti, xüsusilə qoyun ətini çox gözəl bişirirlər. Yerli çay isə olduqca təqdirəlayiqdir!", - deyə idmançı qeyd edib.

O bildirib ki, pəhriz saxlayanlar üçün bu cür bolluqda çox çətindir:

"Əsas yeməkxanada pəhriz yeməkləri yaxşı təqdim olunub. Lakin bunun mənə aidiyyəti yoxdur. Böyük məmnuniyyətlə bir neçə kiloqram da kökələrdim", - deyə Nazar Luqinets əlavə edib.

Luqinets Avropa Oyunlarında 10 metr məsafəyə tüfəng ilə atəş açmaqda təsnifat mərhələsini keçə bilməyib.

Son xəbərlər

Orphus sistemi