Rusiyalı Olimpiya mükafatçıları I Avropa Oyunlarına hazırlaşır

Rusiyalı Olimpiya mükafatçıları I Avropa Oyunlarına hazırlaşır Məşqçi: "Biz Mustafina və Komovanın Avropa Oyunlarında iştirakına ümid edirik"
Avropa Oyunları
6 May , 2015 17:10
Rusiyalı Olimpiya mükafatçıları I Avropa Oyunlarına hazırlaşır

Bakı. 6 may. REPORT.AZ/ İdman gimnastikası üzrə London Olimpiadasının qalibi Aliya Mustafina və 2012-ci il oyunlarının ikiqat gümüş mükafatçısı Viktoriya Komova Rusiyanın I Avropa Oyunlarında iştirak edəcək yığmasının ilkin tərkibinə daxil ediliblər. 

"Report" xəbər verir ki, bu barədə Rusiyanın idman gimnastikası üzrə yığmasının baş məşqçisi Andrey Rodionenko "TASS"a bildirib. 

Mustafina belini zədələdiyinə görə aprel ayında keçirilən Avropa çempionatında iştirak etməyib, Komova isə topuğunun ağır travması səbəbindən Londondakı Olimpiadadan sonra yalnız bir yarışda iştirak edib. 

"Biz Mustafina və Komovanın Avropa Oyunlarında iştirak edəcəklərinə ümid edirik, lakin onlar hələ yığmanın ilkin siyahısına daxil ediliblər. Əgər hər şey qaydasınca getsə, onlar bu yarışlarda çıxış edəcəklər. Lakin hələ son qərar verməyə tələsmək lazım deyil", - Rodionenko qeyd edib. 

İdmançıların Avropa Oyunlarında iştirakı məsələsi iyun ayının ilk günlərində, gimnastların yarışlarının başlamasından təxminən 2 həftə əvvəl həll olunacaq.

Son xəbərlər

Orphus sistemi