​Qızıl medal qazanan idmançı: "Qələbəmi Azərbaycan xalqına həsr edirəm"

​Qızıl medal qazanan idmançı: "Qələbəmi Azərbaycan xalqına həsr edirəm" "Bayrağımızı yüksəltmək mənə nəsib oldu"
Avropa Oyunları
15 İyun , 2015 14:57
​Qızıl medal qazanan idmançı: Qələbəmi Azərbaycan xalqına həsr edirəm

Bakı. 15 iyun. REPORT.AZ/ "Hisslərimi ifadə edə bilmirəm, sevincimin həddi-hüdudu yoxdur. İl yarımdır ki, bu yarışlara hazırlaşırdım. Çalışdım və istəyimə nail oldum".

Bunu "Report"a "Bakı 2015" Avropa Oyunlarında karatenin kumite növü üzrə 84 kq çəkidə qızıl medal qazanmış Ayxan Mamayev deyib.

O, Azərbaycan bayrağını yüksəltdiyinə görə qürur duyduğunu ifadə edib: "Bayrağımızı yüksəltmək mənə nəsib oldu. Bununla qürur duyuram. Qələbəmi Azərbaycan xalqına həsr edirəm, çünki bu, təkcə mənim qələbəm deyil, Azərbaycan xalqının qələbəsidir. Üzərimdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm".

Son xəbərlər

Orphus sistemi