Prezident İlham Əliyev Xetaq Qazyumova qızıl medalı təqdim edib - FOTO

Prezident İlham Əliyev Xetaq Qazyumova qızıl medalı təqdim edib - FOTO Xetaq Qazyumovun bu qələbəsi ilə Azərbaycanın aktivinə yazılan qızıl medalların sayı 10-a çatdı
Avropa Oyunları
17 İyun , 2015 21:27
Prezident İlham Əliyev Xetaq Qazyumova qızıl medalı təqdim edib - FOTO

Bakı. 17 İyun. REPORT.AZ/ Birinci Avropa Oyunlarında Azərbaycanın aktivinə daha bir qızıl medal yazılıb. İyunun 17-də Heydər Əliyev adına İdman Sarayında Azərbaycan pəhləvanı Xetaq Qazyumov bütün rəqiblərini məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.

Xetaq Qazyumovun bu qələbəsi ilə Azərbaycanın aktivinə yazılan qızıl medalların sayı 10-a çatdı.

Sonra mükafatların təqdimetmə mərasimi oldu.

Azərbaycan Prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Bu qələbə münasibətilə Azərbaycanın dövlət himni səsləndirildi, üçrəngli bayrağımız ucaldıldı.

FOTO: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi