Polşanın idman və turizm naziri Azərbaycana səfər edəcək

Polşanın idman və turizm naziri Azərbaycana səfər edəcək I Avropa oyunlarında 200-ə yaxın polşalı idmançı iştirak edəcək
Avropa Oyunları
4 May , 2015 14:04
Polşanın idman və turizm naziri Azərbaycana səfər edəcək

Bakı. 4 may. REPORT.AZ/ Polşanın idman və turizm naziri Ancey Bernat (Andrzej Biernat) iyunun 12-də Bakıdakı I Avropa oyunlarının açılış mərasimində iştirak edəcək. 

Bu barədə "Report"a Polşanın Azərbaycandakı səfirliyindən bildiriblər. 

Səfirlikdən verilən məlumata əsasən, I Avropa oyunlarında 200-ə yaxın polşalı idmançı iştirak edəcək.

Xatırladaq ki, "Bakı-2015" I Avropa oyunları iyunun 12-dən 28-dək Azərbaycanda keçiriləcək. Oyunlarda 49 ölkədən 6000-ə yaxın idmançı iştirak edəcək və onlar 20 idman növündə medal uğrunda mübarizə aparacaqlar. Yarışlar Bakıda və Mingəçevirdə keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi