​Niyazi Əliyev: "Azərbaycan xalqından üzr istəyirəm"

​Niyazi Əliyev: "Azərbaycan xalqından üzr istəyirəm" "Mənə təsir edən uduzmağım yox, oğlumun boynuna qızıl medal asa bilməməyimdir"
Avropa Oyunları
13 İyun , 2015 19:46
​Niyazi Əliyev: Azərbaycan xalqından üzr istəyirəm

Bakı. 13 iyun. REPORT.AZ/ "İstərdim qızıl medal qazanım. Qismət belə imiş". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında kumite yarışlarında 67 kq çəki dərəcəsində bürünc medal qazanmış Niyazi Əliyev deyib.

O, Azərbaycan xalqının qarşısında baş əydiyini bildirib və xalqdan üzr istəyib: "Azərbaycan xalqından üzr istəyirəm. Bürünc medal da pis deyil. Keçən dəfə Burak Uyqurla Avropa çempionatında qarşılaşmışdım. Mənə təsir edən uduzmağım yox, oğlumun boynuna qızıl medal asa bilməməyimdir. O məni tribunadan izləyirdi. Heç kim istəməz ki, səhv etsin. Bu, idman şanssızlığıdır. Yarışa çox ciddi hazırlaşırdıq. Bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm".

Son xəbərlər

Orphus sistemi