Nazir Azərbaycan idmançılarına xəbərdarlıq edib

Nazir Azərbaycan idmançılarına xəbərdarlıq edib ​"Bakı 2015"ə hazırlıq çərçivəsində yığma komandaların hesabat konfransı keçirilib
Avropa Oyunları
9 Aprel , 2015 15:03
Nazir Azərbaycan idmançılarına xəbərdarlıq edib

Bakı. 9 aprel. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarına hazırlıq çərçivəsində yığma komandaların hesabat konfransı keçirilib. "Report"un məlumatına görə, tədbirdə Gənclər və Idman Nazirliyi, federasiyaların rəsmiləri və yığma komandaların baş məşqçiləri iştirak edib.

"Bakı 2015" I Avropa Oyunlarının Əməliyyat Komitəsində (BEGOC) keçirilən tədbirdə nazir, Oyunların baş icraçı direktoru Azad Rəhimovun çıxışından sonra nazirliyin idman şöbəsinin müdiri Mirkamil Rəhimov bugünədək görülən işlərlə bağlı məlumat verib. M.Rəhimov bildirib ki, "Bakı 2015"də bir çox idman növü üzrə 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanılacaq. O, Azərbaycanın təxminən 166 kişi və 122 qadın idmançısının Avropa Oyunlarına qatılacağını bildirib.

Hesabatdan sonra A.Rəhimov dopinq-test məsələlərinə toxunub: "Heç kim bu maddələrdən istifadə etməyi fikirləşməsin. İdmançılara istifadəsi qadağan olunmuş maddələr xəlvəti verilə bilər. Ancaq biz tərəfdən nəzarət yüksək olacaq".

İclas qapalı müzakirələrlə davam etdirilib. 

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi