Milli Olimpiya Komitəsində "Zəfər günləri" adlı son tədbir keçirilib

Milli Olimpiya Komitəsində "Zəfər günləri" adlı son tədbir keçirilib Çingiz Hüseynzadə: "Rio-2016-dakı nəticələrimiz daha uğurlu olacaq"
Avropa Oyunları
29 İyun , 2015 12:07
Milli Olimpiya Komitəsində Zəfər günləri adlı son tədbir keçirilib

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Milli Olimpiya Komitəsində (MOK) "Zəfər Günləri" adlı sonuncu görüş keçirilib. "Report"un məlumatına görə, "Bakı 2015" I Avropa Oyunlarının qalibləri ilə görüşdə medal qazanan idmançılarla yanaşı, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev və digər qonaqlar iştirak edib.

Tədbir zamanı Ç.Hüseynzadə I Avropa Oyunlarının yüksək səviyyədə keçməsi münasibətilə təbriklərini çatdırıb: "Oyunlar zamanı bizimlə olan hər kəsə minnətdarlığımı bildirirəm. Belə idman bayramı münasibəti ilə bütün Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik edirəm. O, bu işə şəxsən rəhbərlik edirdi".

Vitse-prezident 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında idmançılardan uğurlu çıxış gözlədiklərini deyib: "Avropa Oyunlarında yalnız qitə ölkələrinin idmançıları yarışıb. Ancaq olimpiadaya bütün dünya qatılır. Hesab edirəm ki, Rio-2016-dakı nəticələrimiz daha uğurlu olacaq. Azərbaycan idmanı hərtərəfli inkişaf edir. Bütün növlərdə irəliləyiş var. Artıq Azərbaycan idmanı öz sözünü deyir". 

Ardından Oyunların rəsmi tərəfdaşı "Coca Cola" və MOK tərəfindən medalçılara hədiyyələr təqdim olunub. Sonda xalq artisti Tünzalə Ağayeva "Bakı 2015"ə həsr olunan "Bakının üzü gülür" adlı musiqini ifa edib.

Son xəbərlər

Orphus sistemi