Millət vəkili: "İdmançılarımız I Avropa Oyunlarında ölkəmizin şərəfini layiqincə qorumağa çalışacaqlar"

Millət vəkili: "İdmançılarımız I Avropa Oyunlarında ölkəmizin şərəfini layiqincə qorumağa çalışacaqlar" Xanlar Fətiyev idmançılara lazımi dəstəyin verildiyini bildirib
Avropa Oyunları
8 May , 2015 05:54
Millət vəkili: İdmançılarımız I Avropa Oyunlarında ölkəmizin şərəfini layiqincə qorumağa çalışacaqlar

Bakı. 8 may. REPORT.AZ/ "Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində federasiya müxtəlif yarışlar və beynəlxalq turnirlər təşkil edir. Su polosu üzrə bu turnir də Beynəlxalq Su Polosu Federasiyasının təqvim planına uyğun keçirilir".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti, millət vəkili Xanlar Fətiyev Bakıda keçirilən Su polosu üzrə beynəlxalq turnirin açılış mərasimi zamanı deyib.

O, vacib turnirin I Avropa Oyunları üçün yeni inşa olunan, bütün beynəlxalq standartlara cavab verən Bakı Su İdmanı Mərkəzində təşkil olunmasının qürurverici olduğunu qeyd edib. Millət vəkili idmana yaradılan şəraitə görə prezident İlham Əliyevə təşəkkürünü bildirib:

"Bu gün ölkə rəhbərinin diqqət və qayğısı sayəsində idmanın bütün sahələri durmadan inkişaf edir. Yeni komplekslər və idman qurğuları tikilərək istifadəyə verilir. Azərbaycanda böyük idman yarışları və beynəlxalq turnirlər keçirilir. Bu bizi sevindirir. Biz də öz növbəmizdə söz veririk ki, bütün var gücümüzlə etimadı doğrultmağa çalışacağıq".

X.Fətiyev qeyd edib ki, Üzgüçülük Federasiyasına daxil olan bütün idman növləri üzrə komandalar I Avropa Oyunlarına hazırlıq çərçivəsində dünyanın müxtəlif ölkələrində təlim-məşq toplantılarında və müxtəlif səviyyəli beynəlxalq turnirlərdə iştirak ediblər.

Onun sözlərinə görə, komandalar, əsasən gənclərdən təşkil olunub:

"Çalışırıq ki, onların beynəlxalq yarışlarda iştirak təcrübəsini artıraq. İnanıram ki, idmançılarımız I Avropa Oyunlarında ölkəmizin şərəfini layiqincə qorumağa çalışacaqlar. Bunun üçün biz də federasiya olaraq onlara hərtərəfli dəstək veririk".

Son xəbərlər

Orphus sistemi