​Mariya Stadnik: "Birinci Avropa Oyunlarının qızıl medalını qazanmaq böyük bir xoşbəxtlikdir"

​Mariya Stadnik: "Birinci Avropa Oyunlarının qızıl medalını qazanmaq böyük bir xoşbəxtlikdir" "Bizə dəstək olan hər kəsə təşəkkür edirik"
Avropa Oyunları
16 İyun , 2015 15:15
​Mariya Stadnik: Birinci Avropa Oyunlarının qızıl medalını qazanmaq böyük bir xoşbəxtlikdir

Bakı. 16 iyun. REPORT.AZ/ " İlk Avropa Oyunlarının qızıl medalını qazanmaq böyük bir xoşbəxtlikdir. Bu hər kəsə nəsib olmur və hər kəs mənim dünən yaşadığım hissləri yaşamaq imkanı əldə edə bilmir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında güləş üzrə qadınlar arasında I Avropa Oyunlarının çempionu Mariya Stadnik bildirib.

"Yaxşı çıxış etməyimiz bizim üçün böyük stimul idi. Hazırda biz qazandığımız medallara görə özümüzü çox xoşbəxt hiss edirik. Bütün bizə dəstək olan hər kəsə təşəkkür edirik" - M.Stadnik bildirib.

Son xəbərlər

Orphus sistemi