Bakı. 23 İyun. REPORT.AZ/ "Avropa oyunlarına xüsusi hazırlaşmışdım. Bu səbəbdən də qalib gəlmək elə də çətin olmadı". Bu sözləri "Report"a müsahibəsində rusiyalı üzgüçü Mariya Astaşkina söyləyib.
Qadınlar arasında 50m qurbağa yarışlarında qızıl medala sahib olan gənc üzgüçü bildirib ki, daha əvvəl həm Avropa həm də Dünya çempionatlarında iştirak edərək yaxşı nəticələr əldə edib.
Avropa Oyunlarının olduqca yüksək səviyyədə təşkil olunduğunu vurğulayan rusiyalı idmançı: "Heç gözləmirdim ki, belə bir möhtəşəm təşkilatçılıqla qarşılaşacağam. Hər kəsə bu idman bayramı münasibətilə təşəkkür edirəm" deyib.