Madriddə Avropa Oyunlarının təqdimatı keçirilib

Madriddə Avropa Oyunlarının təqdimatı keçirilib Səfir: "Bu ölkəmizi göstərmək üçün gözəl imkan olacaq"
Avropa Oyunları
30 May , 2015 10:06
Madriddə Avropa Oyunlarının təqdimatı keçirilib

Bakı. 30 may. REPORT.AZ/ İspaniyanın paytaxtı Madriddə I Avropa oyunlarının təqdimatı keçirilib. 

"Report" İspaniyanın Olimpiya Komitəsinin saytına istinadən xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev Azərbaycanın 2 həftədən sonra adını tarixə yazacağını bildirib. 

Onun sözlərinə görə, belə bir tədbirin keçirilməsi ideyası 2007-ci ildə məhz İspaniyada yaranıb. "Tədbir mədəniyyətlər qarışığı olacaq və hər kəs öz fikrini söyləyə biləcək. Biz bütün dünyaya ismarıc göndərmək istəyirik. Bu cəmi 24 il əvvəl müstəqillik əldə edən ölkəmizi nümayiş etdirmək üçün gözəl imkan olacaq", - səfir deyib. 

Öz növbəsində, Olimpiya Komitəsinin sədri Alexandr Blanko qeyd edib ki, Avropa idman baxımından mühüm qitədir. O əlavə edib ki, Azərbaycanın hazırlıq üçün cəmi 2,5 il vaxtı olduğuna baxmayaraq, oyunlar təşkilat üçün standartları müəyyən edəcək.

Qeyd edək ki, İspaniyanı oyunlarda 214 atlet təmsil edəcək. Onlar 20 idman növündən 19-da mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi