Macarıstanda “Bakı-2015: Açılışa 100 gün qalmış” adlı təqdimat mərasimi keçirib

Macarıstanda “Bakı-2015: Açılışa 100 gün qalmış” adlı təqdimat mərasimi keçirib Macarıstan MOK-un direktoru: "Oyunlar üçün lazım gələn bütün zəruri işlər vaxtında və yüksək səviyyədə başa çatdırılacaq"
Avropa Oyunları
5 Mart , 2015 13:53
Macarıstanda “Bakı-2015: Açılışa 100 gün qalmış” adlı təqdimat mərasimi keçirib

Bakı. 5 mart. REPORT.AZ/ Macarıstan Milli Olimpiya Komitəsi Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə “Bakı-2015: Açılışa 100 gün qalmış” adlı təqdimat mərasimi keçirib.

Bu barədə "Report"a Azərbaycanın Macarıstandakı səfirliyindən məlumat verilib.

Macarıstan MOK-un mənzil-qərargahında baş tutan mərasimdə macar rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər, Azərbaycan səfirliyinin əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən Macarıstan insan ehtiyatları nazirliyinin idman məsələləri üzrə dövlət katibi İştvan Şimiçrko Bakı-2015 Birinci Avropa oyunlarının bu il fevralın 20-də Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilən təqdimat mərasiminin Budapeştin mədəniyyət və idman həyatında yaddaqalan hadisəyə çevrildiyini bildirib. Macarıstanın 2024-cü il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək niyyətində olduğunu xatırladan dövlət katibi bu məsələdə Bakının təcrübəsindən öyrənməli məqamların çoxluğunu diqqətə çatdırıb.

Macarıstan MOK-un idman direktoru, olimpiya çempionu Laslo Fabian oyunların təşkili ilə bağlı macar nümayəndə heyətinin tərkibində artıq iki dəfə Bakıda olduğunu və Azərbaycan paytaxtının yaddaqalan idman bayramı üçün lazım gələn bütün zəruri hazırlıq işlərini vaxtında və yüksək səviyyədə başa çatdıracağını söyləyib.

Ayrı-ayrı federasiyaların rəhbərləri öz çıxışlarında macar idmançılarının Bakı-2015 oyunlarında qarşılarına qoyulan vəzifələrdən danışıb.

Sonra Birinci Avropa oyunlarına hazırlığını əks etdirən sənədli filmə baxış keçirilib. Macarıstan MOK rəsmiləri idmançıların bir sıra suallarını cavablandırıblar.

Son xəbərlər

Orphus sistemi