​Litva prezidenti I Avropa Oyunlarının medalçılarını qəbul edib

​Litva prezidenti I Avropa Oyunlarının medalçılarını qəbul edib Dalya Qribauskayte idmançıların müvəffəqiyyətini böyük qələbə adlandırıb
Avropa Oyunları
2 İyul , 2015 15:01
​Litva prezidenti I Avropa Oyunlarının medalçılarını qəbul edib

Bakı. 2 iyul. REPORT.AZ/ Litva Prezidenti Dalya Qribauskayte Bakıda I Avropa Oyunlarında medal qazanan idmançıları qəbul edib.

"Report" Litva prezidentinin saytına istinadən xəbər verir ki, D.Qribauskayte idmançılara və məşqçilərə ünvanladığı müraciətində idmançıların uğurlarını qeyd edərək, bunu böyük bir qələbə adlandırıb.

Prezident idmançılara mübarizə ruhunu qoruyub saxlamağı, ölkələrini tanıtmaq və yeni qələbələr qazanaraq Litva bayrağını yüksəyə qaldırmağı arzulayıb.

Qeyd edək ki, Litva bu Oyunlarda 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb və komanda hesabında 24-cü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi