​Ledi Qaqa Bakıda I Avropa Oyunlarının açılış mərasimində çıxış edib - FOTO

​Ledi Qaqa Bakıda I Avropa Oyunlarının açılış mərasimində çıxış edib - FOTO Müğənni Con Lennonun klassik bəstəsinin müasir versiyasını tamaşaçılara təqdim edib
Avropa Oyunları
12 İyun , 2015 22:17
​Ledi Qaqa Bakıda I Avropa Oyunlarının açılış mərasimində çıxış edib - FOTO

Bakı. 12 İyun. REPORT.AZ/ Dünya şöhrətli amerikalı müğənni Ledi qaqa Bakıda keçirilən I Avropa Oyunlarının açılış mərasimində çıxış edib.

"Report" xəbər verir ki, müğənni Con Lennonun klassik "Imagine" bəstəsinin müasir versiyasını tamaşaçılara təqdim edib.

"Bakıda açılış mərasimində çıxış etmək və bu gözəl şəhərdə keçirilən Avropa Oyunlarında yarışacaq bütün möhtəşəm idmançıları salamlamaq mənim üçün böyük şərəfdir", - deyə Ledi Qaqa çıxışdan öncə deyib.

Qeyd edək ki, Ledi Qaqa bir çox mükafatların, eləcə də, altı dəfə Qremmi mükafatı, 13 "MTV Video Music Awards"ın sahibidir. 

Son xəbərlər

Orphus sistemi