Koordinasiya Komissiyasının sədri: ​"l Avropa Oyunlarının Olimpiya standartlarına uyğun keçirilməsini təsdiq edirəm"

Koordinasiya Komissiyasının sədri: ​"l Avropa Oyunlarının Olimpiya standartlarına uyğun keçirilməsini təsdiq edirəm" "Azərbaycanda idmana marağın böyük olması keçirilən yarışlarda tamaşaçıların sayından bəlli olurdu"
Avropa Oyunları
28 İyun , 2015 14:45
Koordinasiya Komissiyasının sədri: ​l Avropa Oyunlarının Olimpiya standartlarına uyğun keçirilməsini təsdiq edirəm

Bakı. 28 iyun. REPORT.AZ/ "l Avropa Oyunlarının Olimpiya standartlarına uyğun keçirilməsini təsdiq edirəm". "Report" xəbər verir ki, bunu Avropa Olimpiya Komitələrinin (AOK) Koordinasiya Komissiyasının sədri Spiros Kapralos iyunun 28-də keçirdiyi mətbuat konfransında deyib. 

I Avropa Oyunlarının Olimpiya standartlarına cavab verən 18 obyektdə keçirildiyini bildirən S.Kapralos qeyd edib ki, bu Oyunların daha bir uğuru müxtəlif innovasiyaların tətbiqi ilə bağlıdır: "Burada həm Olimpiya, həm də qeyri-Olimpiya oyunları ilə yanaşı, paralimpiya oyunları da keçirildi. Azərbaycanda idmana marağın böyük olması keçirilən yarışlarda tamaşaçıların sayından bəlli olurdu. Demək olar ki, Oyunlar zamanı tribunalarda boş yer qalmırdı. Bütün bunları nəzərə alıb, l Avropa Oyunlarının Olimpiya standartlarına uyğun keçirilməsini təsdiq edirəm".

S.Kapralos bildirib ki, Oyunlar zamanı media da öz işini yaxşı yerinə yetirib: "Həm yerli, həm də xarici media öz işini yaxşı yerinə yetirdi. Media üçün təşkil olunan zonalar imkan verdi ki, jurnalistlər idmançılarla görüşüb açıqlamalar ala bilsinlər. Bu da ilk dəfə tətbiq olunan innovasiyalardan idi".

Son xəbərlər

Orphus sistemi