​Kollazo Sotomayor: "Rəqib zəif deyildi"

​Kollazo Sotomayor: "Rəqib zəif deyildi" "Bu görüşdə hər ikimiz vuruşduq. Amma sonda qələbəni mən qazandım"
Avropa Oyunları
21 İyun , 2015 21:30
​Kollazo Sotomayor: Rəqib zəif deyildi

Bakı. 21 İyun. REPORT.AZ/ "Bu görüşdə hər ikimiz vuruşduq. Amma sonda qələbəni mən qazandım".

"Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan boksçusu Kollazo Sotomayor "Bakı 2015"də Dmitri Qalaqotu 3:0 hesabı ilə yendiyi 1/8 final qarşılaşmasından sonra deyib.

64 kq çəki dərəcəsində çıxış edən idmançı bildirib ki, qələbəsində döyüşə daha yaxşı köklənməsi böyük rol oynayıb:

"Avropa Oyunlarında asan rəqib yoxdur. Çünki hamı bura hazırlıqlı gəlib. Mənim üçün bütün döyüşlər çətindir və bütün rəqiblərimə ciddi yanaşıram".

Sotomayor ilk raundda Qalaqotu nokdauna saldığı halda, davamını gətirə bilməməsini isə belə izah edib:

"Hər şey strategiyadan asılıdır. Görüşün gedişində qurduğun taktika rəqibin döyüş tərzindən asılı olaraq, dəyişir. Həm də rəqib zəif deyildi. Bu səbəbdən, noqdaunun davamını gətirə bilmədim".

Qeyd edək ki, Kollazo Sotomayor 1/4 finalda rumıniyalı Daniel Nikulesku ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi