​İsveç Milli Olimpiya Komitəsinin prezidenti: "I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub"

​İsveç Milli Olimpiya Komitəsinin prezidenti: "I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub" Stefan Lindeberg bildirib ki, iyunun 12-də Bakıda Oyunların açılış mərasimində iştirak edib və bu mərasim onda böyük təəssürat yaradıb
Avropa Oyunları
22 İyun , 2015 13:13
​İsveç Milli Olimpiya Komitəsinin prezidenti: I Avropa Oyunları yüksək səviyyədə təşkil olunub

Bakı. 22 iyun. REPORT.AZ/ "Birinci Avropa Oyunları yüksək səviyyədə təşkil olunub". Bunu "Report"a açıqlamasında İsveç Milli Olimpiya Komitəsinin prezidenti Stefan Lindeberg deyib. 

Onun fikrincə, Azərbaycanda keçirilən ilk Avropa Oyunları Olimpiya Oyunlarından heç də geri qalmır. S.Lindeberg bildirib ki, iyunun 12-də Bakıda Oyunların açılış mərasimində iştirak edib və bu mərasim onda böyük təəssürat yaradıb: "Açılış olduqca gözəl idi. Birinci hissədə ətəklə çıxış edən rəqqaslar xoşuma gəldi. Bu çox maraqlı idi. Eləcə də torpaq çatlarından saçan işıq səhnəsi məni valeh etdi".

İsveç Milli Olimpiya Komitəsinin rəhbəri I Avropa Oyunlarında iştirak edən idmançıların qaldığı Atletlər kəndini də yüksək qiymətləndirib.

S.Lindeberg İsveç idmançılarının çıxışlarını diqqətlə izlədiyini deyib: "Mən İsveç idmançılarının çıxışlarından razıyam, biz artıq 6 medal qazanmışıq. Ümid edirik ki, idmançılarımız bundan sonra daha çox mükafat əldə edəcəklər".

Azərbaycan idmançılarının çıxışlarını şərh edən S.Lindeberg, onların nəticələrindən heyran olduğunu qeyd edib: "Azərbaycan kiçik bir ölkədir, lakin idmançıların göstərdiyi nəticələr həqiqətən də böyük təsir bağışlayır".

S.Lindeberg gələcəkdə Avropa Oyunlarının İsveçdə keçirilməsi haqda da danışıb. O qeyd edib ki, oyunların keçirilməsi üçün ölkədə kifayət qədər idman obyektlərinin olmaması və onların tikintisi üçün də vaxtın çox az olması səbəbindən bu istisna olunur: "Lakin gələcəkdə belə bir ehtimalın İsveç üçün mümkünlüyünü də istisna etmirəm".

Son xəbərlər

Orphus sistemi